Kosmik hava durumu və proqnozu Apr 11, 2019 | 10:04 / KOSMİK HAVA

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diskində 2738 (N06E33, Cho/beta) şəklində nömrələnmiş oblast zəif maqnit sürüşməli sadə bipolyar konfiqurasiyasını saxlamışdır. Əldə olunan görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmamışdır. Hesabat dövründə alışma olmamışdır.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində yüksəlmiş, UTC gününün əvvəlində 1,370 pfu maksimal qiymətinə çatmışdır. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrlərində mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəlikdən çıxan Yüksək Sürətli Axınlar) zəif təsiri görünür. Günəş küləyinin sürəti ortalama 425-475 km/san olmuşdur. Ümumi maqnit sahəsi 4-8 nT, Bz komponenti uzun müddət cənuba yönəlmişdir. Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olmuşdur.

Kosmik hava proqnozu – Proqnoz günlərində (11 - 13 aprel) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Lakin 2738 oblastı özünün fəallığını saxlayacaq, alışma ehtimalı aşağı qiymətləndirilir. 

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (11 - 13 aprel) CH HSS effektinin təsirindən yüksək səviyyədə qalacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (11 - 13 aprel) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (11 - 13 aprel) Günəş küləyi parametrlərində CH HSS effektinin təsirindən zəif güclənmə müşahidə olunacaq. 

Proqnoz dövründə CH HSS effektinin təsiri hesabına ilk iki gün (11, 12 aprel) həyəcanlaşmaların ola biləcəyi və az ehtimalla G1 səviyyəli qasırğa yaranması istisna edilmir. Üçüncü gün isə (13 aprel) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=2-3). Maqnit qasırğasının yaranması ehtimalı ilk iki proqnoz günü 10%-dən, sonuncu gün isə 5%-dən aşağı qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.