İkinci elan
“Astronomiya və Astrofizikanın Aktual Problemləri”
II Respublika Konfransı
08-09 sentyabr 2026-cı il — Şamaxı, Azərbaycan
Hörmətli həmkarlar,
Artıq birinci elandan məlum olduğu kimi, 08-09 Sentyabr 2026-cı il tarixlərində Şamaxı Astrofizika Rəsədxanasında “Astronomiya və astrofizikanın aktual problemləri” adlı II Respublika Konfransı keçiriləcəkdir.
Ünvan: Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsi.
Konfransın məqsədi
Azərbaycan Respublikasında astronomiya və astrofizika sahəsində aparılan elmi tədqiqatların nəticələrinin təqdim edilməsi və müzakirəsi.
Şamaxı Astrofizika Rəsədxanasında uzun illər səmərəli elmi fəaliyyət göstərmiş, astronomiya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alimlərin yubileylərinin qeyd edilməsi və onların elmi irsinin gənc nəslə tanıdılması.
Gənc doktorant və dissertantların astronomiya və astrofizikanın aktual problemlərinə həsr olunmuş elmi məruzələrinin dinlənilməsi və müzakirəsi.
İşçi dillər: azərbaycan, ingilis və rus dili
Təşkilatçı: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
Birinci elana keçid
Elmi təşkilat komitəsi:
Sədr:
N.S. Cəlilov (Şamaxı Astrofizika Rəsədxanası)
Sədr müavinləri:
N.Z. İsmayılov (Şamaxı Astrofizika Rəsədxanası)
C.N.Rüstəmov (Şamaxı Astrofizika Rəsədxanası)
Katib:
A.R. İskəndərova (Şamaxı Astrofizika Rəsədxanası)
Üzvlər:
Ə.S. Quliyev (Şamaxı Astrofizika Rəsədxanası)
Z.A. Səmədov (Bakı Dövlət Universiteti)
K.İ. Alışeva (Bakı Dövlət Universiteti)
F.N. Əfəndiyeva (Xəzər Universiteti)
V.A. Hüseynov (Bakı Mühəndislik Universiteti)
R.T. Məmmədov (NDU Batabat Astrofizika Rəsədxanası)
V.Ə. Məhərrəmov (Azərbaycan Texniki Universiteti)
Lokal Təşkilat Komitəsi:
Sədr:
N.Ə. Hüseynov
Sədr müavinləri:
A.B. Həsənova – müavin
S.R. Baxşiyeva – müavin
Üzvlər: O.V. Xəlilov, O.M. Salehli, S.O. Məmmədova, H.Ə. Qasımov, G.M. Hacıyeva, A.B. Rüstəmova, A.F. Abdulkərimova, L.H. Səlimzadə, C.C. Tağıyeva
Çap qrupu: S.R. Baxşiyeva, L.H. Səlimzadə, C.C. Tağıyeva
Əsas tarixlər:
Birinci elan 25 iyun 2026
Qeydiyyatın başlanması 29 iyun 2026
İkinci elan 3 avqust 2026
Qeydiyyatın son tarixi 20 avqust 2026
Proqramın yayımlanması 01 sentyabr 2026
Konfransın açılışı 08 sentyabr 2026
Konfransın bağlanışı 09 sentyabr 2026
Məqalələrin qəbulu üçün son tarix 31 oktyabr 2026
Əsas elmi istiqamətlər:
Plenar məruzələrin siyahısı:
Məruzələrin forması və vaxtları:
Plenar 30 dəqiqə
Şifahi 15 dəqiqə
Poster 3 dəqiqə
İştirakçılar üçün 08 sentyabrda Bakıdan rəsədxanaya və 09 sentyabrda rəsədxanadan Bakıya avtobus reysi təşkil olunacaqdır. 08 sentyabrdan 09 sentyabra keçən gecə rəsədxanada gecələmək istəyən iştirakçıların qeydiyyat formunda qeyd etmələri vacibdir.
Konfransın gündəliyi
08 sentyabr 2026-cı il
10:00 – 11:00 Qeydiyyat və kofe-breyk
11:00 – 11:30 Konfransın açılışı
11:30 – 13:00 Plenar çıxışlar
13:00 – 14:00 Nahar fasiləsi
14:00 – 18:00 Sessiyalar
09 sentyabr 2026-cı il
09:00 – 10:30 Plenar çıxışlar
10:30 – 13:00 Sessiyalar
13:00 – 14: 00 Nahar fasiləsi
14:00 – 16:45 Sessiyalar
16:45 – 17:15 Konfransın bağlanışı
Konfransın proqramı, tezislər toplusu və iştirakçıların siyahısı tezliklə bu bölmədə elektron keçidlər vasitəsilə təqdim olunacaq. Qeydiyyat form vasitəsilə aparılır.
Poster qrupu: O.M. Salehli, A.R. İskəndərova
Tezislərə qoyulan tələblər
Qeyd: Abstrakt forması qeydiyyatdan keçən iştirakçılara birbaşa göndərilir.
Konfrans materiallarının çapı
Konfrans məruzələrinin xülasəsi elektron şəkildə ŞAR-ın rəsmi saytında yerləşdiriləcək. Bütün məruzəçilər elektron iştirakçı sertifikatı ilə təmin olunacaqlar. Konfrans materialları ayrıca toplu şəklində çap ediləcək. Məqalələrin mətni ingilis dilində AzAJ jurnalının qaydaları (bax: https://aaj.shao.az/AAJ_new_rules.pdf) əsasında tərtib olunmalıdır. Plenar məruzələr 15 səhifə, şifahi məruzələr 10 səhifə, posterlər 4-5 səhifəyə qədər həcmə malik olmalıdır.
Konfransda iştirak (üzvlük) haqqı 20 AZN təşkil edir. Konfrans çərçivəsində yekun banketin keçirilməsi planlaşdırılır. Banketdə iştirak etmək istəyən iştirakçılar üçün əlavə iştirak haqqı nəzərdə tutulur (30 AZN).
Konfransın katibi:
A.R. İskəndərova
E-mail: shaoconferencesecretariat@gmail.com
Əlaqə nömrəsi: (+99451 699 04 32)
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.