Şamaxı Astrofizika Rəsədxanasında “Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda II Respublika Konfransı keçiriləcək İyn 25, 2026 | 17:06 / KONFRANSLAR

08-09 sentyabr 2026-cı ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Astronomiya və astrofizikanın aktual problemləri” adlı II Respublika Konfransı keçiriləcəkdir.

 

Ünvan: Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsi.

 

Konfransın keçirilməsinin əsas məqsədi Azərbaycanda astronomiya və astrofizika sahəsində aparılan elmi tədqiqatlarda alınmış elmi nəticələrin müzakirə edilməsidir. Bununla birgə,  Şamaxı Astrofizika Rəsədxanasında uzun illər səmərəli elmi fəaliyyət göstərmiş, astronomiya elminə mühüm töhfələr vermiş alimlərin yubileyinin qeyd olunmasıdır. Bu istiqamət üzrə tanınmış Azərbaycan astronomlarının elmi fəaliyyətinə nəzər salınması, onların yetirmələrinin öz elmi rəhbərləri haqqında məruzələrinin dinlənilməsi planlaşdırılır. Konfransda həm də gənc doktorant və dissertantların apardıqları elmi tədqiqatlara həsr olunmuş məruzələrin  dinlənilməsi nəzərdə tutulur. Konfransın işçi dili azərbaycan, ingilis və rus dilləridir.

 

Elmi təşkilat komitəsi:

Sədr:

  • N.S. Cəlilov (Şamaxı Astrofizika Rəsədxanası)

Sədr müavinləri:  

  • N.Z.İsmayılov (Şamaxı Astrofizika Rəsədxanası)
  • C.N.Rüstəmov (Şamaxı Astrofizika Rəsədxanası)

Katib:

  • Ü.R. Rüstəm (Şamaxı Astrofizika Rəsədxanası)

Üzvlər:

  • Ə.S. Quliyev (Şamaxı Astrofizika Rəsədxanası)
  • Z.A.Səmədov (Bakı Dövlət Universiteti)
  • K.İ. Alışeva (Bakı Dövlət Universiteti)
  • F.N. Əfəndiyeva (Xəzər Universiteti)
  • V.A. Hüseynov (Bakı Mühəndislik Universiteti)
  • R.T. Məmmədov (Batabat Astrofizika Rəsədxanası)
  • V.Ə. Məhərrəmov (Azərbaycan Texniki Universiteti)

 

Lokal Təşkilat Komitəsi:

Sədr:

  • H.N. Adıgözəlzadə

Sədr müavinləri:

  • A.B. Həsənova – müavin
  • S.R. Rəhimli - müavin

 

Üzvlər: N.Ə. Hüseynov, O.V. Xəlilov, O.M. Salehli, S.O. Məmmədova, H.Ə. Qasımov,

G.M. Hacıyeva, A.B. Rüstəmova, A.F. Abdulkərimova, A.R. İskəndərova, L.H. Səlimzadə

 

Əsas tarixlər:

  • Birinci elan                                                         25 iyun 2026
  • Qeydiyyatın başlanması                                  29 iyun 2026
  • İkinci elan                                                          1 avqust 2026
  • Qeydiyyatın son tarixi                                     20 avqust 2026
  • Proqramın yayımlanması                                01 sentyabr 2026
  • Konfransın açılışı                                              08 sentyabr 2026
  • Konfransın bağlanışı                                        09 sentyabr 2026
  • Məqalələrin qəbulu üçün son tarix                 31 oktyabr 2026

 

Müzakirələrin istiqamətləri:

  1. Astrofizikanın müxtəlif istiqamətlərində nəzəri tədqiqatlar (Sədr: V.A. Hüseynov, V.Ə.Məhərrəmov); 08 sentyabr 2026-cı il (12:00 – 15:15)
  2. Ulduz astrofizikası, dəyişən ulduzlar (Sədr N.Z. İsmayılov, C.N. Rüstəmov); 08 sentyabr 2026-cı il (15:45 – 18:00)
  3. Günəş və Günəş-Yer əlaqələri fizikası (Sədr: N.S.Cəlilov, F.R.Mustafa)
  4. Günəş sistemi cisimləri, nəhəng planetlər (Sədr: Ə.S.Quliyev, H. Qasımov); 09 sentyabr 2026-ci il (09:00 – 11:00)
  5. Qalaktikadankənar obyektlər: qalaktikalar, kvazarlar, qamma şüalanma mənbələri (Sədr: N.Ə. Hüseynov, K.İ.Alışeva); 09 sentyabr 2026-ci il (11:40 – 12:45)
  6. Astronomik müşahidələr və metodlar, kosmik rəsədxanalar (Sədr: N.Z. İsmayılov, V.Ə. Məhərrəmov); 09 sentyabr 2026-ci il (12:45 – 13:30)
  7. Azərbaycanda astronomiya elmi irsi – biliklərin ötürülməsi (Sədr: Z.A.Səmədov, K.İ.Alışeva); 09 sentyabr 2026-ci il (14:30 – 16:45)

 

Məruzələrin forması və vaxtları:

Plenar:                         25 dəqiqə

Şifahi                           10 dəqiqə

Poster                          5 dəqiqə

Konfransa üzvlük haqqı 20 AZN təşkil edir. İştirakçılar üçün 08 sentyabrda Bakıdan rəsədxanaya və 09 sentyabrda rəsədxanadan Bakıya avtobus reysi təşkil olunacaqdır. 08 sentyabrdan 09 sentyabra keçən gecə rəsədxanada gecələmək istəyən iştirakçıların qeydiyyat formunda qeyd etmələri vacibdir.

 

Konfransın gündəliyi

08 sentyabr 2026-ci il

10:00 – 11:00                         Qeydiyyat və kofe-breyk

11:00 – 12:00                         Konfransın açılışı

12:00 – 12:30                         Plenar

12:30 – 13:00                         Plenar

13:00 – 14:00                         Nahar fasiləsi

14:00 – 18:00                         Sessiyalar

09 sentyabr 2026-ci il

09:00 – 16:45                         Sessiyalar

16:45 – 17:15                         Konfransın bağlanışı

 

Qeydiyyat form vasitəsilə aparılır.

 

Tezislərə qoyulan tələblər

  1. Məruzənin başlığı böyük hərflərlə və qalın şriftlə yazılmalıdır;
  2. Müəlliflərin ad və ata adının baş hərfləri soyadları ilə birlikdə qalın şriftlə qeyd olunmalıdır;
  3. Təşkilatların adı və ünvanı kursivlə yazılmalıdır;
  4. Birinci müəllifin e-mail ünvanı göstərilməlidir;
  5. Tezisdə şəkil və istinadlar  olmamalıdır;
  6. Həcmi 1 A4 səhifə, maksimum 2500 işarə, sətirlərarası interval 1 olmalıdır;
  7. Səhifənin kənar ölçüləri: yuxarı və aşağıdan 2.5 sm, soldan 3 sm, sağdan 1.5sm;
  8. Şrift: Arial, ölçü 12 pt.

Qeyd: Abstrakt forması qeydiyyatdan keçən iştirakçılara birbaşa göndərilir.

 

Konfrans materiallarının çapı

Konfrans məruzələrinin xülasəsi elektron şəkildə ŞAR-ın rəsmi saytında yerləşdiriləcək. Bütün məruzəçilər elektron iştirakçı sertifikatı ilə təmin olunacaq. Konfrans materialları ayrıca toplu şəklində çap nəşr ediləcək. Məqalələrin mətni ingilis dilində AzAJ jurnalının qaydaları (bax: https://aaj.shao.az/AAJ_new_rules.pdf) əsasında tərtib olunmalıdır. Plenar məruzələr 15 səhifə, şifahi məruzələr 10 səhifə, posterlər 4-5 səhifəyə qədər həcmə malik olmalıdır.

Konfransın katibi:

Ü.R. Rüstəm

E-mail: shao.conference.secretary@gmail.com

Əlaqə nömrəsi: (+99470 3555566)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.