Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib Okt 05, 2023 | 14:10 / ASTRO TƏQVİMLƏR

Oktyabrın 5-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin əməkdaşı Vahid TahirovFotometrik sistemlərin növləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda müşahidə olunan obyektin fiziki parametrlərinə uyğun olaraq istifadə olunan müxtəlif növ fotometrik sistemlər haqqında danışıb. O, bildirib ki, fotometrik sistem, keçiriciliyi dalğa uzunluğuna görə dəyişən və dalğa uzunluğu diapazonu yaxşı müəyyən edilmiş filtrlər qrupudur.Ancaq fotometrik sistemin həssaslığı istifadə olunan filtrlərin keçiriciliyi ilə məhdudlaşmır. İstifadə olunan detektorun cavab əyrisi, istifadə olunan teleskopun bütün optik elementlərinin əksetmə və keçiricilik əyriləri, hətta müşahidələrin aparıldığı hündürlük də fotometrik sistemin hansı dalğa uzunluqlarında nə qədər həssas olmasına təsir edir. 

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.