Sabah Şimal yarımkürəsində astronomik Payız başlayır Sen 22, 2023 | 11:09 / ASTRO TƏQVİMLƏR

2023-cü ildə Payız fəsli Azərbaycana 23 sentyabr saat 10:49-da daxil olacaq. 

Bu zaman Günəş ekliptika üzrə hərəkət edərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində Payız fəsli, cənub yarımkürəsində isə Yaz fəsli başlayacaq. Həmin gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşəcək və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olacaq.

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-ə qədər davam edəcək. Dekabrın 22-i saat 07:27-də qış fəsli payızı əvəz edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.