Kosmik hava durumu və proqnozu Sen 11, 2023 | 11:09 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşdə fəallıq orta səviyyədə olmuşdur. Maksimal sinifli alışma 3225 və 3421 oblastlarındakı  M 2.0 (R1) sinifli alışmalar olmuşdur. Alışmalar nəticəsində II və IV tip radioemissiya qeydə alınmışdır.  Günəş ləkələrinin sayı artaraq, 9 ləkə qrupu və 167 ləkə müşahidə olunur.  Həmçinin bir neçə Tac Kütlə Atılması (TKA) baş vermişdir. Günəşin səthində kiçik Tac dəlikləri qeyd olunsa da, Yerə istiqamətlənmiş ekvatorial Tac dəlikləri müşahidə olunmur. 

Enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə (maks: 1869 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur. 

Hesabat dövründə Günəş küləyinin sürəti azalaraq 546  km/san qeydə alınmışdır. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti 10 nT, radial istiqamətdə isə -8 nT  olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 384 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 8 nT, radial istiqamətdə isə  0 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsi 5 sentyabrda Günəşdə Yerdən əks istiqamətdə baş vermiş TKA-sı nəticəsində şok dalğasının təsiri ilə G1 səviyyəsinə qədər yüksələrək zəif geomaqnit qasırğası baş vermişdir. 

Kosmik hava proqnozu – Proqnoz günlərində (11 sentyabr - 17 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir. 

Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta səviyyəyə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır. 

Günəş küləyi sürətinin 12-13 sentyabrda TKA-nın və  müsbət qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli  Zərrəciklər Selinin təsiri ilə artacağı gözlənilir. 

Geomaqnit sahəsinin də Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə 12-13 sentyabrda aktiv səviyyələrə qalxacağı və zəif (G1) sinifli geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.