Bu gün ilin ən böyük və parlaq Super Ayı görünəcək Avg 30, 2023 | 12:08 / ASTRO TƏQVİMLƏR

Bu axşam ilin ən böyük və parlaq  Mavi Super Ayı görünəcək. Bədrlənmiş Ay fazası Ay orbitinin perigeyinə təsadüf etdikdə, yəni Ay orbitinin Yerə ən yaxın nöqtəsində tam Ay fazasında olduqda Super Ay müşahidə olunur. Yerlə Ay arasındakı orta məsafə 384,400 km-dir, lakin hal-hazırda bu məsafə azalaraq 357,341 km-ə bərabərdir. Bakı vaxtı ilə 19:18-də doğan Mavi Super Ay sabaha kimi görünəcək.

Bir fəsil ərzində III bədrlənmiş Ay Mövsümi Mavi Ay, bir təqvim ayı ərzində görünən II bədrlənmiş Ay Aylıq Mavi Ay adlanır. Mavi Super Ay hadisəsi 2-3 ildən bir təkrarlanır. Növbəti Mavi Super Ay 31 May 2026-cı ildə müşahidə olunacaq.

Qeyd edək ki, 2023-cü ilin son Super Ayı isə 28-29 sentyabra təsadüf edəcək və bu zaman Yerlə Ay arasındakı məsafə 361,553 km olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.