20 yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib Yan 19, 2018 | 15:01 / TƏDBİRLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində 20 yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının “İnformasiya, Kommunikasiya texnologiyaları və Təşkilat“şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamal Hüseynov sovet hakimiyyətinin Azərbaycan haqqında qaranlıq düşüncələrini tarixi aspektdən tədbir iştirakçılarının diqqətinə çatdırıb və faciənin yaranma səbəbləri, faciə zamanı törədilən dəhşətlər haqqında ətraflı danışıb.

K.Hüseynov 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini, bu faciənin gənc nəslə çatdırılması, eləcə də ona siyasi-hüquqi qiymət verilməsi ilə bağlı geniş təbliğat işlərinin aparılmasının zəruriliyini qeyd edib.

Sonra çıxış edən Şamaxı Astrofizika Rəsədxanasının “Ulduz atmosferləri fizikası və maqnetizm”şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Camməmməd Rüstəmov bildirib ki, həmin müdhiş gecə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı ən amansız və dəhşətli cinayət törədilib: “20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Totalitar sovet rejimi bu faciəni törətməklə özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Lakin bu dəhşətli cinayət və axıdılan nahaq qanlar xalqımızın mübarizə əzmini qıra bilməyib”.

C.Rüstəmov vurğulayıb ki, 20 Yan­var özü­mü­zü bir mil­lət ki­mi ta­nı­dı­ğı­mız və dərk et­di­yi­miz gün­dür. 20 yanvar, həm də Azərbaycanın istiqlal yolunda fəth etdiyi ilk zirvələrdən, xalqımızın milli-azadlıq ruhu və məfkurəsinin oyanış günü oldu.

Daha sonra çıxış edən Şamaxı Astrofizika Rəsədxanasının “Planetlər və kiçik səma cisimləri ”şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi 20 yanvar faciəsi zamanı özünün də şahidi olduğu hadisələrdən danışıb.

O, bildirib ki, 20 Yan­var­dan son­ra­kı gün­lər­də də Ba­kı­da qır­ğın da­vam et­di­ril­ib: “Yanvarın 19-dan 20-nə keçən gecə 137 mülki şəxs qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Sovet qoşunları 200 mənzil və evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv ediblər. Bakının infrastukturuna külli miqdarda ziyan dəyib. Öl­dü­rü­lən­lər ara­sın­da beş mil­lə­tin nü­ma­yən­də­si, 20-dən çox qa­dın və uşaq var idi”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.