Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib Avg 30, 2023 | 11:08 / ASTRO SEMİNARLAR

Avqustun 30-da N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra ŞAR-ın “Planetlər və kiçik səma cisimləri“ şöbəsinin elmi işçisi Zabit Fərziyev  “N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (2014-2021-ci illər ərzində) nəhəng  planetlərin tədqiqi (Ι)” mövzusunda məruzə ilə çıxış edib.

Seminarda  nəhəng planetlərin atmosferlərində baş verən fiziki proseslərin öyrənilməsinin zəruriliyi, hadisələrin  tədqiqi üçün ŞAR-dakı cihaz təminatı və onların köməyi ilə alınmış planet spektrlərinin emalı metodikasından bəhs olunub.

Çıxışın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.