"James Webb" teleskopunda alınmış yeni unikal təsvir Avg 29, 2023 | 12:08 / ASTRO XƏBƏRLƏR

NASA-nın "James Webb" teleskopu haqqında saytımızda bir neçə dəfə məlumat vermişdik. Hazırda kosmik teleskop infraqırmızı spektral diapazonda yüksək ayırdetməli çox nadir təsvirlər almışdır. Onlardan biri Herbiq-Aro 46/47 adı ilə məlum olan yeni formalaşmaqda olan sıx qoşa ulduzlardır. Bu obyektin cəmi bir neçə min il yaşı var və tam ulduz formasına düşmək üçün hələ bir neçə milyon il lazımdır. Belə obyektlərin tədqiqi bu ulduzların göstərilən vaxt ərzində nə qədər kütlə yığmasını müəyyən etməyə və gələcəkdə onların modelləşdirilməsini həyata keçirməyə imkan verir. Bu da bizim Günəş sisteminin necə yaranması haqqında geniş məlumatlar toplamağa imkan verir. 

Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.