Kosmik hava durumu və proqnozu Avg 21, 2023 | 14:08 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı zəif  olub, maksimal sinifli alışma C 8.9 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində II  tip radioemissiya, həmçinin qismən Yerə istiqamətlənmiş  2 Tac Kütlə Atılması qeydə alınmışdır. Günəş ləkələri azalmışdır, hal-hazırda Günəşin səthində  7 ləkə qrupu və 93 ləkə müşahidə olunur. Tac dəlikləri müşahidə olunmur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli 14 avqustda 1369 pfu-ya kimi yüksəlmiş, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin sürəti artaraq 690 km/san çatmışdır. Planetlərarası maqnit sahəsinin maksimal qiyməti 14 nT, radial istiqamətdə isə  -11 nT  olmuşdur.  Hal-hazırda Günəş küləyinin sürəti 603 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6 nT, radial istiqamətdə isə  -2 nT təşkil edir.

Hesabat dövrü ərzində geomaqnit sahəsinin aktivliyinin  (4 Kp) artması qeydə alınmışdır. Geomaqnit  qasırğaları baş verməyib.

Kosmik hava proqnozu – Proqnoz günlərində ( 21-28 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 15%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı proqnozlaşdırılır.

Günəş küləyinin sürətinin mənfi qütblü Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin təsiri ilə sürətini saxlayacağı proqnozlaşdırılır.

Geomaqnit sahəsinin Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər Selininn təsiri ilə  21-25 avqustda qeyri-sabit, sonra isə sakit olacağı gözlənilir. Geomaqnit qasırğası gözlənilmir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.