Tam Günəş tac rentgenoqramları Yan 23, 2018 | 15:01 / ASTRO XƏBƏRLƏR

Bu yaxınlarda Günəşin rentgen tacının 22-ci dövrün pikindən 23-cü dövrün pikinə qədər periodu əhatə edən müntəzəm çəkilmiş videoçarxları tamamlanıb.

Yaponiya, ABŞ və İngiltərənin birgə “Yohkoh” missiyasında (1991-2001) istifadə olunan “The Soft X-ray Telescope”(SXT) teleskopu vasitəsilə əldə edilən rentgen təsvirləri loqarifmik maştabda 0.68 gün/san tərtibində bircins fırlanma sürətini təmin etmək üçün interpolyasiya olunub. Nəticədə tam bir ili əhatə edən videoçarx 8 dəqiqədən bir qədər çox davametmə müddətinə malik olub.

“Yohkoh” missiyasının hər bir ili üçün 1 ədəd belə video vardır.

Qeyd edək ki, internetə yerləşdirilən bəzi videoçarxların müddəti qısadır, çünki fırlanma sürəti 10 və 60 gün/san tezliyindədir. Sonuncu videoçarx isə bütün 10+ ili cəmi bir dəqiqədə əks etdirir.

Bu cür videoçarxlar bütün maştablarda tacın təkamülünün və aktivliyinin öyrənilməsi üçün olduqca faydalıdır. Videotəsvirlər təxminən 10 arc/san bucaq ayırdetməsinə malikdir.

Sözü gedən videoçarxlar “SXT_smoothy” Youtube kanalında aşağıdakı ünvanda yerləşdirilib:

www.youtube.com/channel/UCRE_-AishUMj-nxpZOU5LqQ/videos

Bu videoçarxları Yohkoh Legacy (YLA) arxivinin “Image & Movie galleries / SXT smoothies!” bölməsinə daxil olmaqla da əldə etmək olar:

http://ylstone.physics.montana.edu/ylegacy/

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.