Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib Avg 03, 2023 | 11:08 / ASTRO SEMİNARLAR

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Seminarda ŞAR-ın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin elmi işçisi Zümrüd VidadiQravitasiya Dalğa Astronomiyası. Son 50 ilin ən böyük qamma-şüa alışması” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda Qravitasiya Dalğa Astronomiyasının əsasını təşkil edən qravitasiya dalğalarının yaranmasından bəhs edib. O, həmçinin qravitasiya dalğalarının hansı cihazlar vasitəsilə və necə aşkar olunması, o cümlədən digər yerüstü teleskoplarının bu sahəyə verə biləcəyi töhfələrdən danışıb.

Tədqiq olunan mövzu üzrə məruzəçinin həmmüəllifi olduğu  “GRB 221009A-nın GRANDMA və HXMT müşahidələri: Yüksək parlaqlıqlı Qamma şüa alışmasının standart işıqlıq parıltısı” adlı  məqalə, Amerika Astronomiya Cəmiyyətinin yüksək impakt faktorlu “The Astrophysical Journal Letters” jurnalında çap olunmuşdur.

Çıxışın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.