Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib İyl 19, 2023 | 14:07 / ASTRO SEMİNARLAR

İyul ayının 19-da N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən professor Nəriman İsmayılov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Seminarda ŞAR-ın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri, f.r.ü.f.d., dosent Nazim Hüseynov “Seyfert qalaktikası NGC 3516-nın spektral və fotometrik dəyişkənliyinin xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə NGC 3516 Seyfert qalaktikasının spektral və fotometrik müşahidələrinin nəticələri göstərilib. Məruzəçi bildirib ki, 2016-2020-ci illərdə aparılmış spektral müşahidələrə əsasən NGC 3516 Seyfert qalaktikasında spektral tipin dəyişməsi aşkar edilmişdir. Eyni zamanda 2016-2021-ci illərdə aparılmış fotometrik müaşahidələr, spektral tipin dəyişməsini təsdiq edir.

Çıxışın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.