Sabah Günəş Yerdən maksimum uzaqlıqda olacaq İyl 06, 2023 | 15:07 / ASTRO TƏQVİMLƏR

07 iyul 2023-cü il tarixində saat 00:07-də Yer öz orbitinin afelisindən keçəcək. Nəticədə Yer kürəsi Günəşdən maksimum uzaqlaşacaqdır. Bu məsafənin qiyməti 152 098 232 km-ə bərabərdir. Bu zaman Günəş diskinin də görünən  ölçüsü ~3% kiçilərək minimal (31′31″) qiymət alacaq.

Planetin orbitinin dairədən fərqlənmə dərəcəsini orbitin ekssentrisiteti xarakterizə edir. Nəticədə planetin Günəşdən məsafəsi sabit qalmayıb dəyişir. Yer orbitinin Günəşə ən yaxın nöqtəsi periheli, ən uzaq nöqtəsi isə afeli adlanır. Perihelidə planetin sürəti ən yüksək, afelidə isə ən aşağı qiymət alır.

Qeyd edək ki, Yer bu il perihelidən 4 yanvar saat 20:17-də keçib. Perihelidən keçərkən Yerlə Günəş arasındakı məsafə 147 098 290 km olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.