Rəsədxana əməkdaşı İspaniyada ezamiyyətdə olub İyl 05, 2023 | 14:07 / MÜHÜM HADİSƏLƏR

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Qalaktikalar və ulduzəmələgəlmə prosesləri" şöbəsinin elmi işçisi Səbahəddin Alışov İspaniyanın Tenerife əyalətində (Kanar adaları) elmi ezamiyyətdə olub.

Elm və Texnologiya üzrə Avropa Əməkdaşlıq Təşkilatının (COST) təşəbbüsü ilə təşkil olunmuş gənc tədqiqatçılar üçün beynəlxalq təlim məktəbində (JWTS) iştirak edən əməkdaşımız, ezamiyyət müddətində Ceyms Veb teleskopunda alınan fotometrik və spektroskopik müşahidə  materialların işlənmə metodları ilə tanış olub, təlimlər zamanı verilən tapşırıqları uğurla yerinə yetirib.

Qeyd edək ki, COST müxtəlif istiqamətlər üzrə elmi tədqiqat şəbəkələrinin yaradılması üçün maliyyə təşkilatıdır. Bu şəbəkələr bütün Avropada (və onun hüdudlarından kənarda) elm adamları arasında əməkdaşlıq üçün açıq platforma təklif edir və bununla da innovasiyalara təkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.