ŞAR əməkdaşı Moskvada beynəlxalq konfransda çıxış edib İyl 04, 2023 | 12:07 / MÜHÜM HADİSƏLƏR

26-30 iyun 2023-cü il tarixlərində M.V.Lomonosov adına  Moskva Dövlət Universitetinin P.K.Şternberq adına Dövlət Astronomiya İnstitutunda “Ulduzlar fizikası – nəzəriyyə və müşahidə” adlı elmi konfrans keçirilib.

Konfransda iştirak etmək üçün Moskvaya ezam olunan ŞAR-ın icraçı direktoru, prof. Nəriman İsmayılov konfransda məruzə ilə çıxış edib. Müxtəlif çıxışlar fonunda davam edən konfransın yekununda əməkdaşımız tədbir iştirakçıları ilə bir sıra görüşlər keçirib, gələcək əməkdaşlıq sahəsində müzakirələr aparıb. 

Qeyd edək ki, sözügedən beynəlxalq konfransın bundan əvvəlki iki tədbiri məhz Şamaxı Astrofizika Rəsədxanasında 2019-cu ildə əyani və 2022-ci ildə onlayn formada keçirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.