Rəsədxana əməkdaşı elmlər doktoru diplomu alıb İyl 03, 2023 | 11:07 / MÜHÜM HADİSƏLƏR

25 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, dosent Rüstəmov Canməmməd Nizam oğluna astronomiya elm sahəsi üzrə elmlər doktoru diplomu təqdim edilib.

AAK-ın 23 iyun 2023-cü il tarixli qərarı qərarı ilə Canməmməd Nizam oğlu Rüstəmova 2108.01 – Astrofizika və ulduz astronomiyası ixtisasında astronomiya elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir.

Əməkdaşımızı astronomiya elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi alması münasibətilə Şamaxı Astrofizika Rəsədxanasının kollektivi adından təbrik edir, ona elmi fəaliyyətində uğurlar diləyirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.