Kosmik hava durumu və proqnozu İyn 16, 2023 | 12:06 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşdə baş verən son və maksimum sinifli alışma M 1.04 sinifli alışma olmuşdur.  Hal-hazırda Günəşin səthində 8 ləkə qrupu və 112 ləkə müşahidə olunur.  13 iyunda alışmalara bağlı olaraq II tip radioemissiya və Yerə qismən istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınmışdır. Günəşin səthində Tac dəlikləri müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 173 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Günəş küləyinin sürəti maksimum 681 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində yüksələrək 19 nT,  radial istiqamətdə isə -11 nT-yə  çatmışdır. Hal-hazırda isə  planetlərarası maqnit sahəsinin qiyməti 7.29 nT, radial istiqamətdə isə -4.20 nT təşkil edir.

Gözlənilən müsbət qütblü CH HSS-ə (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) 13 iyunda baş vermiş CME-nin də təsiri əlavə olunduğundan 15 iyun axşam saatlarından başlayan geomaqnit qasırğası, G2 (Kp=6) səviyyəsinə kimi yüksəlmişdir. Hal-hazırda da geomaqnit qasırğası davam edir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (16-19 iyun) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20%, X (R3) sinif isə 5% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin  17-18 iyun tarixlərində CH HSS-in təsiri ilə yüksək səviyyələrə qalxmaq ehtimalı var, enerjisi 10 MeV-dən çox olan proton selinin fon səviyyəsində olacağı gözlənilir.

18 iyuna kimi Günəş küləyinin sürətinə mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsirinin davam edəcəyi gözlənilir.

Geomaqnit sahəsinin mənfi qütblü CH HSS-in təsiri ilə əlaqədar 18 iyuna kimi aktiv olacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.