Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib İyn 16, 2023 | 11:06 / ASTRO SEMİNARLAR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən rəsədxananın icraçı direktoru, professor Nəriman İsmayılov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra ŞAR-ın Bakı Mühəndislik Universitetinin əməkdaşı Həzi QasımovPeriodik kometlərin ailələrə bölünməsi prinsipləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi qeyd edib ki, tədqiqat işi periodik kometlərin afeli məsafələrinin Günəş sisteminə mənsub olan nəhəng planetlərin yaxınlığında konsentrasiyası məsələsinə həsr olunub. İşdə periodik kometlərin afeli məsafələrinin statistik təhlili aparılıb. Tədqiqata Günəş ətrafında dolanma periodu 200 ildən kiçik olan kometlər cəlb olunub. Baxılan kometlərin başlıca dinamik xüsusiyyəti onların afelilərinin nəhəng planetlərin yaxınlığında qeyri-bərabər paylanmasıdır.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. Çıxışın sonunda mövzu ətrafında geniş diskussiya aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.