Kosmik hava durumu və proqnozu İyn 12, 2023 | 12:06 / KOSMİK HAVA

Kosmik hava durumu –  Hesabat dövrü ərzində Günəş aktivliyi orta səviyyədə olub, maksimum aktivlik 3327 oblastında M 4.7 qeydə alınmışdır. Hesabat dövründə alışmalara bağlı olaraq II tip radioemissiya qeydə alınmışdır. Günəş ləkələri azalmış, 8 ləkə qrupu və 116 ləkə qeyd edilmişdir. Yerə qismən istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları)  qeydə alınmışdır. Günəşin səthində Tac dəlikləri müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks: 253 pfu),  10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin sürəti azalaraq maksimum 479 km/san olmuşdur. Planetlərarası maqnit sahəsi isə həftəsonuna artaraq 15 nT,  radial istiqamətdə isə -8 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 433 km/san, planetlərarası maqnit sahəsinin qiyməti Yer orbitində 6.74 nT,  radial istiqamətdə isə 3.91 nT təşkil edir.

Hesabat dövrü ərzində Yerə istiqamətlənmiş CME-in təsiri gözlənilsə də, Yerə çatana qədər zəifləmiş və geomaqnit qasırğası baş verməmişdir. Hal-hazırda geomaqnit sahəsi sakitdir (Kp=2).  

Kosmik hava proqnozu – Proqnoz günlərində (12- 19 iyun) C sinif alışmanın baş vermə ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20%, X (R3) sinif isə  5% təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin yüksək səviyyələrə qalxmaq ehtimalı var, enerjisi 10 MeV-dən çox olan proton selinin fon səviyyəsində olacağı gözlənilir.

Günəş küləyinin sürətinin müsbət  qütblü CH HSS  (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) və 8-9 iyunda baş vermiş CME-lərin  təsiri ilə yenidən sürətlənəcəyi gözlənilir.

Geomaqnit sahəsinin müsbət qütblü CH HSS-in  təsiri ilə 12-13 və 16 iyun tarixlərində aktiv olacağı gözlənilir. Geomaqnit qasırğası proqnozlaşdırılmır.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.