Rəsədxana əməkdaşı elmlər doktoru diplomu alıb May 16, 2023 | 11:05 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK-da) tərəfindən N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük elmi işçisi, dosent Səmədov Zahir Ağamurad oğluna astronomiya üzrə elmlər doktoru diplomu təqdim edilib.

AAK-ın 20 aprel 2023-cü il tarixli qərarına uyğun olaraq Zahir Səmədovun Astronomiya elm sahəsinin “Astrofizika və ulduz astronomiyası” ixtisası üzrə “A-G spektral sinifli ulduzların fundamental parametrləri və kimyəvi tərkibi” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiya işi təsdiq edilib, alimə elmlər doktoru elmi dərəcəsi verilib.

Əməkdaşımızı astronomiya üzrə elmlər doktoru elmi dərəcəsi alması münasibətilə Şamaxı Astrofizika Rəsədxanasının kollektivi adından təbrik edir, ona elmi fəaliyyətində uğurlar diləyirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.