İlin ilk Ay tutulması hadisəsi olacaq May 04, 2023 | 13:05 / ASTRO TƏQVİMLƏR

May ayının 5-də 2023-cü ilin ilk Ay tutulması hadisəsi baş verəcək. Bu tutulma hadisəsi yarımkölgəli Ay tutulması olacaq.

Tutulma saat 19:14-də başlayacaq, saat 23:31-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 21:24-də qeydə alınacaq.

Tutulma hadisəsini Cənub Şərqi Avropa, Asiyanın böyük hissəsi, Avstraliya, Afrika, Sakit okean, Atlantik, Hind okeanı, Antarktidada görmək mümkün olacaq. 

Qeyd edək ki, tutulma başlayanda Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda saat 19:38-dən etibarən müşahidə olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.