Rəsədxanada “Sorin ulduzları” sənədli filminin təqdimatı keçirilib Dek 11, 2017 | 17:12 / TƏDBİRLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Sorin ulduzları” (Звёзды Сорина) sənədli filminin təqdimatı keçirilib.

Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (RİMM) yaradıcı qrupu tərəfindən hazırlanan film Y.Qaqarin adına Pionerlər Sarayının nəzdində fəaliyyət göstərmiş astronomiya dərnəyinin rəhbəri, pedaqoq Sergey İvanoviç Sorinin həyat və fəaliyyətinə həsr olunub.

Tədbirdə “Rossotrudniçestvo”agentliyinin Azərbaycan üzrə rəhbəri Valentin Denisov, filmin ideya müəllifi RİMM-in əməkdaşı Dimitriy Panamaryov, Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, fizika-riyaziyyat üzrə elmlər doktoru Sabir Məmmədov, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Dimitriy Şestopalov çıxış edərək  S.İ.Sorinlə bağlı xatirələrini bölüşüblər.

Sonda “Sorin ulduzları” (Звёзды Сорина) https://youtu.be/yClp4Q8re7s sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, S.İ.Sorin astronomiyanın inkişafına böyük töhvələr vermiş, onlarla astronom yetişdirmiş pedaqoq olub. O, Şamaxı Astrofizika Rəsədxanası layihəsinin tərtibatında da yaxından iştirak edib. S.İ.Sorin akademik Hacıbəy Soltanov və V.Kratla birlikdə bütün Azərbaycanı səyahət etdikdən sonra rəsədxananın tikilməsi üçün Pirqulu ərazisini məqsədə uyğun hesab ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.