Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib Mart 30, 2023 | 14:03 / İCLASLAR

Mart ayının 30-da N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib. İclas Zoom proqramı üzərindən hibrid formada təşkil olunub.

Tədbiri ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.

İclasda ilk olaraq yeni Astronomiya kitabının hazırlanması müzakirə olunub. Şura üzvlərinin təklifləri dinlənildikdən sonra kitabın hazırlanması üçün işçi qrupun yaradılması barədə qərar qəbul olunub. 

Sonra Gənc Alim və Mütəxəssislər Şurasının 2023-cü ilin 2-ci rübü üçün Astroseminar yığıncağına təqdim olunacaq seminar mövzuları haqqında ŞAR-ın icraçı direktor, professor Nəriman İsmayılov çıxış edib. O, gənclərin natiqlik bacarıqlarının inkişafı üçün GAMŞ seminarlarının əhəmiyyətini yüksək qiymətləndirib. Nəriman İsmayılov çıxışı zamanı seminara təqdim olunan məruzələrin həm elmi, həm elmi populyar, həm də öyrədici olmaqla müxtəlif istiqamətləri əhatə etməsinin daha səmərəli nəticə verəcəyini bildirib və  gənclərə fəaliyyətlərini bu istiqamətdə qurmağı təklif edib. Təklif ətrafında geniş müzakirə aparılıb və yekdilliklə qəbul olunub.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.