Rəsədxanada iməclik keçirilib Mart 14, 2023 | 16:03 / RƏSƏDXANA XƏBƏRLƏRİ

13-14 mart tarixlərində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) yaz fəslinin gəlişi, o cümlədən qarşıdan gələn Novruz bayramı ərəfəsində genişmiqyasılı iməclik keçirilib.

ŞAR-ın struktur bölmələrinin əməkdaşları rəsədxana ərazisində səliqə-səhman yaradılması ilə bağlı təşəbbüsə böyük fəallıqla qoşulublar.

İməclik zamanı institutun inzibati binası, eləcə də ümumilikdə rəsədxananın ərazisi boyunca təmizlik və abadlıq işləri görülüb. Yaşıllıq zolaqlarına qulluq göstərilib, ağaclarda budama işləri aparılıb, dibləri bellənərək, suvarılıb.

Yol kənarları boyunca quru otlar və tullantılar təmizlənib, toplanaraq ərazidən uzaqlaşdırılıb və torpaq ərazilər abadlaşdırılıb.

İməclikdən sonra rəsədxana əməkdaşlarına ilaxır çərşənbə münasibətilə şirniyyat süfrəsi təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.