Kosmik hava durumu və proqnozu Mart 06, 2023 | 10:03 / KOSMİK HAVA

Kosmik hava durumu – Son perioddakı maksimum sinifli alışma martın 3-ü saat 11:50-də baş vermiş X 2.07 sinifli alışma olmuşdur. Günəşin səthində 9 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 137-dir. Yerə doğru istiqamətlənmiş CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) qeydə alınmamışdır. Hal-hazırda Tac dəliyi müşahidə olunmur. 

Enerjisi 2 MeV-dən çox olan elektron seli pik səviyyədə (son qeyd: 6751 pfu), 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində qalmışdır. Yerə istiqamətlənmiş CME-lərin Yerə təsiri nəticəsində IV sinifli radio-emissiya və radiasiya qasırğası qeydə alınmışdır.

Hesabat dövrü ərzində M və X  sinifli alışma səbəbli R2 və R3  səviyyəli radiosiqnalların kəsilməsi müşahidə olunmuşdur.

Günəş küləyinin sürəti artaraq 630 km/san olmuşdur. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi azalaraq Yer orbitində 8 nT, radial istiqamətdə isə  -6 nT olmuşdur. 

Geomaqnit sahə son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olmuşdur. Bu gün üçün hesabatda G1 səviyyəli qasırğa qeyd olunub. Hal-hazırda isə Kp indeksi 4-ə bərabərdir. 

Kosmik hava proqnozu – Proqnoz günlərində (06 -08 mart) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M sinif 55% (R1-R2 ), X sinif isə 10% (R3) təşkil edir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə pik səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Geomaqnit sahəsinin CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə bir qədər aktivləşəcəyi proqnozlaşdırılsa da, növbəti 3 günlük periodda geomaqnit qasırğası gözlənilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.