Kosmik hava durumu və proqnozu Mart 02, 2023 | 11:03 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövründə Günəş fəallığı artmışdır. Son 3 sutka ərzində maksimum alışma M 8.62 olmuşdur. Günəşin səthində 7 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 105-dir. Son 3 sutka ərzində 20 CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) qeydə alınmışdır. 3236 oblastında C4 sinifli alışmaya bağlı qeydə alınmış Tac Kütlə Atılmalarının Yerə doğru istiqamətləsi analiz olunur. Hal-hazırda Tac dəliyi müşahidəolunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal geostasionar orbitdə pik səviyyədə  (3729pfu),10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsindəolmuşdur.

Günəş küləyinin sürəti artaraq fevralın 28-də Yer orbitində 721 km/san-ə çatmışdır. Planetlərarası maqnit sahəsinin ümumi intensivliyi Yer orbitində 6 nT, radial istiqamətdə isə  -4 nT olmuşdur.

Fevralın  28-si geomaqnit qasırğası G1 səviyyəsinə düşmüş və stabilləşmişdir. Hal-hazırda kosmik hava sakitdir (+1Kp).

Kosmik hava proqnozu – Proqnoz günlərində (02-04 mart) C sinif alışmanın ehtimalı 99%, M sinif 50%, X sinif isə 15% gözlənilir.  3234, 3236 və 3240 oblastlarındakı alışmalarla əlaqəli olaraq radiosiqnalların ötürülməsində R1-R3 səviyyəli  kəsilmə ehtimalı var. 

Enerjisi 2 MeV-dən çox olan olan elektron selinin 2-4 martda yüksək səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Fevralın 28-i baş vermiş CME-lərin Yerə doğru yönələcəyi təqdirdə, Günəş küləyinin yenidən sürətlənəcəyi gözlənilir.

2 marta qədər CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsirinin azalması hesabına geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Növbəti 3 günlük periodda maqnit qasırğası gözlənilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.