Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib Fev 23, 2023 | 15:02 / ASTRO SEMİNARLAR

Fevral ayının 23-də Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının Kitabxana müdiri Lalə Səlimzadə “Data baza anlayışı. Scopus data bazasında jurnalların axtarışı” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə beynəlxalq elmi platformalar, bu sistemlərə üzv olmaq və onlardan istifadə yolları, data bazalara çıxış imkanları, xüsusilə Scopus data bazası haqqında geniş məlumatlar verilib. Bununla yanaşı, Scopus data bazasında ixtisasa uyğun jurnalların seçilməsi və məqalələrin həmin jurnallarda dərc edilməsi yolları izah edilib. Seminar iştirakçılarına açıq giriş jurnallarına çıxış imkanları, eyni zamanda elmi məqalələrin hazırlanması barədə məlumatlar verilib.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışın yekununda mövzu ətrafında diskusiya aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.