87 işıq ili uzaqlıqda nəhəng ekzoplanet aşkar edilib Fev 22, 2023 | 11:02 / ASTRO XƏBƏRLƏR

Astronomlar Avropa Cənub Rəsədxanasının Çilidə yerləşən Çox Böyük Teleskopunda (Very Large Telescope - VLT) quraşdırılmış SPHERE cihazından istifadə edərək AF Leporis (HD 35850) ulduz sistemində yerləşən qaz nəhənginin şəklini çəkib. Yerdən 87 işıq ili uzaqlıqda yerləşən ekzoplanetin ulduzu demək olar ki, Günəşin tam analoqudur.

Tədqiqat işi ilə bağlı məqalə "Astronomy and Astrophysics" jurnalında dərc olunub və arxiv.org servisinə yerləşdirilib.

Müəlliflərin sözlərinə görə artıq bir neçə ildir ki, Avropa Kosmik Agentliyinin “Hipparcos” və “Gaia” peykləri bizim qalaktikamızda ulduzların mövqeyini və hərəkətini dəqiq müəyyənləşdirib. Planetlərin öz ulduzlarına qravitasiya təsiri göstərərək onların trayektoriyalarını dəyişdirdikləri məlumdur. Məhz bu təhrif AF Leporis ulduzunda da müşahidə olunurdu ki, bu da onun sistemində ekzoplanetin mövcudluğunu göstərirdi.

Qeyd edək ki, aşkar olunan planet Yupiterdən 4 dəfə böyük, kütləsi isə 4.3 dəfə massivdir. Ekzoplanet öz ulduzundan Saturn yerləşdiyi məsafədə yerləşir. Hesablamalar göstərir ki, planet indiyə kimi aşkar olunan sıxlığı ən kiçik ekzoplanetdir. Həmçinin ulduzun ətrafında Koyper qurşağına bənzər disk olduğu da qeyd edilir.

AF Leporis sisteminin tədqiqi davam etdirilməsi, Günəş sisteminin formalaşmasını öyrənmək üçün çox gözəl nümunədir. Çünki cəmi 24 milyon il yaşı olan bu gənc ulduz Günəşin protoptipidir.