Rəsədxana alimlərinin məqaləsi nüfuzlu impakt faktorlu jurnalda dərc edilib Fev 09, 2023 | 10:02 / MÜHÜM HADİSƏLƏR

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və ŞAR-ın fəlsəfə doktoru üzrə qiyabi doktorantı Rəcəb İsmayıllının (Leuven Universiteti, Belçika) həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu (IF 5.287, Quartile Category Q1) beynəlxalq elmi jurnalda - Londonda "Monthly Notices of the Royal Astronomical Society"nin (Kral Astronomiya Cəmiyyətinin aylıq Xəbərlər jurnalı) 2023-cü il (Volume 520, Issue 1, March 2023) buraxılışında dərc edilib.

https://doi.org/10.1093/mnras/stad161

“Magnetohydrodynamic Kelvin–Helmholtz instabilities of supersonic shear layers with finite interface thickness and heat flux in anisotropic space plasmasbaşlıqlı məqalədə anizotrop kosmik plazma axınlarında irimiqyaslı burulğanların əmələgəlmə mexanizmləri, bu prosesə maqnit sahəsi boyunca yönəlmiş istilik selinin təsiri nəzəri olaraq araşdırılır. Alınmış yeni nəticələr Günəş küləyinin Yerin maqnitosferi ilə qarşılıqlı təsiri zamanı yaranan maqnit qasırğalarının modelləşdirilməsində istifadə oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.