Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib Yan 25, 2023 | 10:01 / İCLASLAR

24 yanvar 2023-cü il tarixində AR Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi Şuranın növbəti iclası keçirilib.

Tədbiri   elmi  şuranın   sədri, AMEA-nın müxbir   üzvü  Namiq  Cəlilov   açaraq,  gündəlikdə  duran   məsələlər  barədə  şura  üzvlərinə məlumat  verib.

İclasda ŞAR-ın elmə yardımçı şöbələrinin fəaliyyətləri ilə bağlı çıxışlar dinlənilib. Çıxışların yekununda məruzəçilər öz fəaliyyət istiqamətləri üzrə Elmi Şura üzvlərinin suallarını cavablandırıb. 2023-cü ildə yardımçı şöbələrin fəaliyyətinin daha səmərəli qurulması ilə bağlı aidiyyatı şəxslərə müvafiq tövsiyələr verilib.

Sonda bir sıra  cari  məsələlər - struktur dəyişikliyi və rəsədxananın gələcək elmi fəaliyyətinin təşkilində yeni prioritetlərin müəyyənləşdirilməsi müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.