"James Webb" teleskopu Noy 28, 2017 | 16:11 / MARAQLI MƏLUMATLAR

NASA mühəndisləri “Hubble” kosmik teleskopunu əvəz edəcək nəhəng kosmik teleskopun yığılmasını tamamlayıblar.

2018-ci ilin oktyabr ayında  kosmosa buraxılışı planlaşdırılan “James Webb” Orbital İnfraqırmızı Rəsədxanası (JWST) hazırda  final test sınaqlarından keçirilir.

NASA-nın 2-ci rəhbərinin (1961-1968) adını daşıyan JWST teleskopu Yer-Günəş sisteminin L2  Laqranj nöqtəsi ətrafında halo orbitində hərəkət edəcək.

Avropa Kosmik  İttifaqına məxsus olan  "Ariane-5" daşıyıcı raketin  köməyi ilə Fransız Qvianasının kosmodromundan buraxılışı nəzərdə tutulan “James Webb” teleskopunun əsas xüsusiyyəti onun güzgüsünün  seqmentlərdən ibarət olmasıdır.

Teleskopun diametri 6,5 metrə bərabər olan əsas güzgüsü 18 bölmədən ibarətdir və əsas güzgünün sahəsi  “Hubble” teleskopuna nisbətdə yeddi dəfə böyükdür. jwst.nasa.gov saytının məlumatına görə bu layihə ilə əlaqədar çəkilən xərclər 10 milyard dolları əhatə edəcək.

JWST teleskopu kainatın yaranmasından sonra ilk formalaşmış ulduzların işıqlarının tapılması üçün kifayət qədər həssaslığa malik olacaq. Onun vasitəsi ilə astronomlar həm də digər ulduz orbitlərində ekzoplanetlərin kimyəvi tərkibini təyin edə biləcəklər.

“James Webb” teleskopunun əsas məqsədləri Böyük Partlayışdan (Big Bang) sonra yaranmış ilkin qalaktika və ulduzların işıqlarının alınması, onların formalaşması və inkişafı, planet sistemlərinin yaranması və həyatın mənşəyinin  öyrənilməsidir.

JWST teleskopunun tərkibində aşağıdakı cihazlar var:

1. Yaxın infraqırmızı diapazonuna məxsus kamera.

    JWST-dəki   əsas təsvir quran blokdur, işçi diapazonu 0.6-5 Mkm-dir.

2. Yaxın infraqırmızı diapazonun oblastında işləyən spektroqraf.

    Obyektlərin fiziki və kimyəvi xassələrinin öyrənilməsinə imkan verir, işçi diapazonu 0.6-5 Mkm-dir.

3. Orta infraqırmızı diapazonda işləyən cihaz.

    İşçi diapazonu 1024×1024 piksel aidetməli sensorlu kameradan və yüksək aidetmə spektroqrafdan ibarətdir.

4. FGS/ NIRISS. FGS -Yaxın infraqırmızı diapazonda dəqiq yönəltmə sensoruna dəqiq təsvir qurma  qurğusu.

    NIRISS -Yarıqsız spektroqraf. İşçi diapazonu 0,8-5,0 Mkm-dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.