Rəsədxana əməkdaşları HORİZON 2020 qrant layihəsinin hesabat yığıncağında iştirak ediblər Dek 23, 2022 | 14:12 / İCLASLAR

Avropa Birliyi tərəfindən maliyələşdirilən HORİZON 2020 grant layihəsinin 2022-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib.

ZOOM platforması üzərindən onlayn şəkildə təşkil edilmiş iclasda Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları - “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin müdiri, f.r.ü.f.d., dosent Canməmməd Rüstəmov, elmi işçilər Aynur Abdulkərimova, Günay Hacıyeva, Aynurə Həsənova, Şəbnəm Ağayeva, a.f.d. Səbinə Məmmədova iştirak edib.

Hesabat yığıncağında 9 ölkədən (Estoniya, Çexiya, Argentina, Azərbaycan və s.) olan astronomlar cari ildə qrant çərçivəsində görülən işlər barədə məlumat veriblər. O cümlədən, Canməmməd Rüstəmov da ŞAR-da bu istiqamətdə görülən işlər, il ərzində baş tutmuş ezamiyyətlər, Aynur Abdulkərimova isə Çexiya astronomları ilə birgə yerinə yetirdiyi elmi tədqiqat işləri barədə məlumat verib.

Sonda birgə əməkdaşlığın gələcək istiqamətləri barədə fikirlər söylənilib, təkliflər irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.