Rəsədxana əməkdaşının elmi məqaləsi nüfuzlu jurnalda dərc edilib Dek 20, 2022 | 09:12 / MÜHÜM HADİSƏLƏR

AMEA  N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasının  (ŞAR)  kiçik elmi işçisi nnət Sədovun  həmmüəllifi  olduğu  elmi  məqalə  Q2 kvartil kateqoriyalı  elmi  jurnalda  dərc  edilib.

Məqalə,  Çində  “Chinese Physics C”  (Impact  Factor  2.94) jurnalının  2022-ci il  üçün  (Volume  47,  Issue  1)  buraxılışında  nəşr  edilib.

https://iopscience.iop.org/article/10.1088/1674-1137/ac957a

AdS/KXD-nin sərt divar modeli çərçivəsində deytronun elektromaqnit form faktorları və tenzor polyarizasiyaları” (Deuteron electromagnetic form factors and tensor polarization observables in the framework of the hard-wall AdS/QCD model) adlı məqalədə AdS/KXD-nin sərt divar modelində deytronun elektromaqnit form faktorları və tenzor polyarizasiyaları tədqiq edilmişdir. Tvist τ = 6 vektor sahəsi üçün hərəkət tənliyinin həlli tapılmış, deytronun elektromaqnit form faktorlarının və tenzor polyarizasiyaları hesablanmış və ötürülən impulsun kvadratından asılılıq qrafikləri qurulmuşdur. Göstərilmişdir ki, AdS/KXD-nin sərt divar modelində deytronun alınan bu form faktorlarının və tenzor polyarizasiyalarının ötürülən impulsun kvadratından asılılıq qrafikləri yumşaq divar modelinin və təcrübənin nəticələrinə uyğundur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.