Rəsədxanada dissertant və doktorantların doktorluq minimum imtahanı keçirilib Dek 13, 2022 | 10:12 / RƏSƏDXANA XƏBƏRLƏRİ

12 dekabr 2022-ci il tarixində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında qış sessiyasının doktorluq minimum imtahanları keçirilib.

İmtahanda “Astrofizika və ulduz astronomiyası” (2108.01) ixtisası üzrə 2 nəfər iştirak edib. İmtahan vaxtı iştirakçılara biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün bütün imkanlar yaradılıb.

Qeyd edək ki, imtahan komissiyasının üzvləri imtahan prosesini yaxından izləyiblər və yekun nəticələrə əsasən hər iki iddiaçı imtahandan əla qiymət alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.