Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib Dek 09, 2022 | 09:12 / ASTRO SEMİNARLAR

Dekabr ayının 8-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin əməkdaşı Vahid Tahirov “CCD detektorların astrofizikada rolu” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi çıxışında CCD-lər haqqında ümumi məlumat verib, onların iş prinsipi və yeni nəsil işıq qəbuledicilərinin hazırlanmasından danışıb. O, CCD-lərin təkmilləşdirilərək astronomiya elminə  tətbiqi, o cümlədən Şamaxı Astrofizika Rəsədxanasında istifadə edilən işıq qəbulediciləri haqqında seminar iştirakçılarını məlumatlandırıb.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin yekununda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.