Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının hesabat iclasları keçirilib Noy 24, 2022 | 10:11 / İCLASLAR

22-23 noyabr 2022-ci il tarixlərində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Elmi Şuranın hesabat iclasları keçirilib.

İclaslarda Rəsədxananın elmi şöbələrinin müdirləri və müvafiq elmi işlər üzrə rəhbərlərin çıxışları dinlənilib. Çıxışlarda cari il ərzində görülmüş işlərin yekunlarına dair hesabatlar təqdim edilib, əldə olunmuş elmi nəticələr, dərc edilmiş elmi əsərlər, innovasiya fəaliyyəti, qrant layihələri və kadr hazırlığı haqqında geniş məlumat verilib.

Çıxışlar ətrafında geniş diskussiya aparılıb və hesabat ili ərzində əldə olunan nəticələrin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, elmi və elmi-təşkilati fəaliyyətin daha səmərəli təşkili ilə əlaqədar təkliflər irəli sürülüb.

Sonda rəsədxananın elmi şöbələrində 2022-ci ildə apa­rıl­mış elmi tədqiqat işlə­ri­nin ye­kunlarına dair hesabatlar qəbul olunaraq AMEA-nın Fizika Riyaziyyat və Texnika Elmləri bölməsinə təqdim edilməsinin lehinə yekdilliklə səs verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.