Bu il qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb Noy 24, 2017 | 12:11 / ASTRO XƏBƏRLƏR

AMEA  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası bu il qış fəslinin Azərbaycana gəlmə vaxtını açıqlayıb.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, qış fəslinin Azərbaycana gəlişi dekabrın 21-i Bakı vaxtı ilə saat 20:27-də (UT: 16h 27m 54, ən uzun gecə: 14h 43m ) olacaq. Bu tarixdə payız fəsli başa çatacaq, ölkə ərazisinə qış fəsli daxil olacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.