Şamaxı Astrofizika Rəsədxanası şəhid ailələrinə yardım edib Noy 04, 2022 | 12:11 / MÜHÜM HADİSƏLƏR

3 noyabr 2022-ci il tarixində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) rəhbərliyinin təşkilatçılığı ilə Şamaxı rayonunda olan şəhid ailələri ziyarət edilib.

Əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı bu müqəddəs amal uğrunda cəbhədə canından keçərək bizə qələbəni bəxş edib özləri şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidlərinin ailələrinə mənəvi dəstək olmaq üçün rəsədxana rəhbərliyi ilə ŞAR Həmkarlar Komitəsinin nümayəndələri tərəfindən şəhid ailələrinə baş çəkilib, onlara ərzaq yardımı göstərilib.

Qeyd edək ki, ziyarət zamanı şəhidlərin ailə üzvlərilə söhbət aparılaraq Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin qisasının alındığı və düşmənə layiqli cavab verildiyi qeyd edilib. Bildirilib ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də  xalqımızın qürur yeridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.