Cari ilin son Ay tutulması hadisəsi olacaq Noy 05, 2022 | 08:11 / ASTRO TƏQVİMLƏR

8  noyabr  2022-ci  il  tarixində  cari  ilin  sonuncu  Ay  tutulması  hadisəsi  baş  verəcək.

Bu  təbiət  hadisəsi  zamanı Ayın dolunay fazası onun orbitinin düyünlərindən birinə təsadüf edəcəkdir  ki,  bu  cür  tutulmaya  Tam  Ay  tutulması  deyilir.

Tutulma saat 14:16-da başlayacaq, saat 15:41-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 14:59-da qeydə alınacaq.

Qeyd edək ki, 2022-ci ilin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali  və  Şərqi  Avropanın  bir hissəsindən  və Cənubi Amerikanın çox hissələrindən müşahidə etmək mümkün olacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi (tam tutulma) Azərbaycanda müşahidə olunmayacaq. Yalnız tutulmanın yarımkölgəli fazasının son 25 dəqiqəsi müddətində Şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.