Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib Okt 28, 2022 | 14:10 / ASTRO SEMİNARLAR

Oktyabr ayının 28-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar  və  ulduzəmələgəlmə prosesləri” şöbəsinin əməkdaşı Əsmər Ağabəyli “AMEA ŞAR-ın 2 m teleskopunda alınan müşahidə materiallarının ilkin emalı” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi çıxışında ilk öncə Dech proqramı vasitəsilə eşelle  spektral verilənlərin emal prosesinin detallarını mərhələli şəkildə izah edib. Daha sonra isə proqramın fərqli funksionallıqlarından geniş danışıb.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş diskussiya aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.