Sabah cari ilin son Günəş tutulması olacaq Okt 24, 2022 | 11:10 / ASTRO TƏQVİMLƏR

25 oktyabr 2022-ci il tarixində cari ilin son tutulma hadisəsi baş verəcək. Bu tutulma qismən Günəş tutulması olacaq.

Tutulma hadisəsi saat 12:58-də başlayacaq və saat 17:02-də sona çatacaq. Ümumilikdə 4 saat 4 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 15:00-da olacaq.

Bu təbiət hadisəsi Avropanın əksər hissələrində, Afrikanın şimalında, Yaxın Şərqdə və Asiyanın qərb hissələrində, o cümlədən ölkəmizdə də müşahidə olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.