Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib Okt 21, 2022 | 12:10 / ASTRO SEMİNARLAR

Oktyabrın 21-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarını salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra ŞAR-ın "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin elmi işçisi Günay Hacıyeva  “HD138917 (F0IV) ulduzunun fundamental parametrləri” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə HD138917 (F0IV) ulduzunun fun­da­mental parametrləri: effektiv temperaturu Teff və ağırlıq qüvvəsinin təcili g təyin edilmişdir. Effektiv temperatur və ağırlıq qüvvəsinin təcilini bilməklə ulduz atmosferləri modelləri hesablanmış və bu mo­del­lər əsasında ulduzların kimyəvi tərkibi təyin olu­nmuşdur. Həmçinin ulduzların təkamül parametrləri: kütlələri, radiusları, işıqlıqları, yaşları hesablanmışdır.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.