Alimlər qara dəliyin yaranması anını müşahidə ediblər Okt 19, 2022 | 10:10 / ASTRO XƏBƏRLƏR

Amerika Birləşmiş Ştatlarının Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) Swift kosmik rəsədxanasının rentgen teleskopu massiv ulduzun kollapsı zamanı yaydığı siqnalları qeydə alıb.

Swift rentgen teleskopu GRB 221009A adı verilən partlayışın ilk qeydindən təxminən bir saat sonra onun yaydığı şüalanmanı çəkmişdir. Müşahidə olunan parlaq halqalar ulduz kollaps etdikdən sonra onu yaydığı şüalanmanın qalaktikadakı tozdan rentgen oblastında səpilməsi nəticəsində yaranır.

Qeyd edək ki, GRB 221009A adlı partlayış Oxatan bürcündə yerləşir və Yerə çatmaq üçün təxminən 1,9 milyard il məsafə qət edir. Yaranmaqda olan qara dəlik işıq sürətinə yaxın sürətlə hərəkət edən zərrəcikləri bloklayaraq onların güclü axınını  - jetləri yaradır. Bu jetlər kosmosa rentgen və qamma şüaları axını yayırlar. İlkin təhlillərə görə, müşahidə olunan hadisənin müddəti 10 saatı keçib. Partlayış anoloji AT2018cow partlayışından 18 dəfə güclü olmaqla indiyə qədər müşahidə olunmuş ən güclü qamma şüalanmasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.