Şamaxı Astrofizika Rəsədxanasında doktoranturaya qəbul imtahanı keçirilib Sen 20, 2022 | 11:09 / RƏSƏDXANA XƏBƏRLƏRİ

19 sentyabr 2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 2022-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə “Astrofizika və ulduz astronomiyası” ixtisası üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş xarici dil imtahanında müvəffəqiyyət qazanmış iddiaçılar daha sonra 08 sentyabr 2022-ci il tarixində keçirilən fəlsəfə imtahanında iştirak edib. Fəlsəfə fənni üzrə imtahanda uğurlu nəticə əldə edən 2  iddiaçı - Nurlan Şərəfxanov və Samirə Rəhimli ixtisas fənni üzrə imtahanlara qatılıb.

Qeyd edək ki, “Astrofizika” fənni üzrə ixtisas imtahanı, İmtahan Komissiyasının üzvlərinin iştirakı ilə test üsulu ilə keçirilib. Şəffaf və mövcud qaydalara uyğun təşkil olunmuş ixtisas imtahanında hər iki iddiaçı yüksək nəticə əldə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.