Çilidən olan elmi heyət Şamaxı Astrofizika Rəsədxanasında səfərdə olub Sen 09, 2022 | 12:09 / MÜHÜM HADİSƏLƏR

7-8 sentyabr 2022-ci il tarixində NASA-ın eksperti, “Şərq-Qərb” elmi mərkəzinin direktoru, ABŞ Merliend Universitetinin professoru, akademik Roald Saqdeevin rəhbərliyi ilə Çilinin müxtəlif elmi müəssisələrindən olan nümayəndə heyəti N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) işgüzar səfərdə olub.

Səfər çərçivəsində ilk öncə qonaqlar Rəsədxananın infrastrukturu və fəaliyyət istiqamətləri ilə yaxından tanış olub. ŞAR-ın 2 metrlik teleskopunun binasında onlara teleskopun tarixi, iş prinsipi və teleskopda aparılan elmi tədqiqat işləri barədə geniş məlumat verilib.

Daha sonra Bernardo O Higgins Universitetinin (Çili, Santyaqo) rektoru Klaudio Alberto Ruff Eskobar ilə Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, müxbir üzv Namiq S. Cəlilov arasında elmi əməkdaşlıq müqaviləsi imzalanıb. Birgə elmi maraqlara xidmət edəcək müqaviləyə əsasən Bernardo Universitetinin Astronomiya Tədqiqat Mərkəzi ilə təcrübə mübadiləsi və elmi tədqiqat işləri həyata keçiriləcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.