Elm və Təhsil naziri Şamaxı Astrofizika Rəsədxanasında səfərdə olub Avg 26, 2022 | 15:08 / MÜHÜM HADİSƏLƏR

24 sentyabr 2022-ci ildə Elm və Təhsil naziri Emin Əmirullayev Şamaxı rayonuna səfər edərək Şamaxı və ətraf rayon təhsil işçilərini qəbul edib.

Səfər çərçivəsində nazir Şamaxı Astrofizika Rəsədxanasını da ziyarət edib, rəsədxana rəhbərliyi və kollektiv üzvləri ilə görüşüb, əməkdaşların maaşları və digər bir sıra məsələlərlə maraqlanıb.

Görüşdə nazir rəsədxanada olan infrastrukturla, cihaz və teleskoplarla, yaxın perspektivdə görüləcək işlərlə yaxından tanış olub, rəsədxananın əsas aparıcı elmi işçiləri ilə görüşüb. Söhbət ŞAR-ın baş direktoru, müxbir üzv Namiq Cəlilov cənab nazirə rəsədxananın beynəlxalq əlaqələri, qrantlar və kadr hazırlığı barədə geniş məlumat verib.

Qeyd edək ki, görüşdə Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov da iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.