Alimlər yeni pulsar aşkar edib İyl 18, 2022 | 16:07 / ASTRO XƏBƏRLƏR

Alimlər Yerdən təqribən 22 min  işıq ili uzaqlıqda indiyədək müşahidə olunan ən güclü maqnit sahəsinə malik obyekt aşkar ediblər.

Belə ki, bu vaxtadək müşahidə edilmiş güclü maqnit sahəli GRO J1008-57  və  1A 0535+262  pulsarlarının maqnit sahəsi təxminən 1 milyard Tesladır,  Swift J0243.6+6124  adlı pulsar isə 1,6 milyard Tesla maqnit sahəsi ilə bu rekordu üstələyib.

Müqayisə üçün qeyd edək ki, adi soyuducu maqnitinin maqnit sahəsinin induksiya vahidi təxminən 0,001 Tesladır. Daha güclü MRT maşınları təxminən 3 Teslaya çatır. 

Qeyd edək ki, bir neçə il əvvəl mühəndislər  eksperimentlərində 1200 Tesla maqnit sahəsi ala biliblər, lakin onlar bu sahəni 100 mikrosaniyədən çox saxlaya bilmədilər.  Sözsüz ki, 1,6 milyard Tesla maqnit sahəsi yalnız çox kiçik  həcmə kimi  sıxılmış və elektronları çox yüksək sürətlərə qədər sürətlənə biləcək massiv obyektlərdə yaranır.

Swift J0243.6+6124 kimi pulsarların maqnit xassələrinin öyrənilməsi bu neytron ulduzların çox kompakt qabığının təbiətini izah edən müxtəlif modellərindən hansının  doğru və ya yalnış olduğunu  müəyyənləşdirməyə kömək edir. Xüsusilə, Swift J0243.6+6124 təbiəti pulsarın maqnit sahəsinin çoxlu qütblərdən ibarət mürəkkəb quruluşa malik olması ehtiimalını təsdiqləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.