Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib İyl 13, 2022 | 11:07 / İCLASLAR

İyul ayının 8-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib.

Tədbiri ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova açaraq, gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

Yaş kriteriyası ilə bağlı tələbə uyğun olaraq şuranın idarə heyətinin yenidən formalaşdırılması və heyət üzvləri arasında vəzifə bölgüsü üçün seçkilər keçirilib. Seçkinin nəticəsinə əsasən Aytac İskəndərova idarə heyyətinin yeni üzvü seçilib, Aysel Rüstəmova sədr müavini, Samirə Rəhimova məsul katib, a.f.d Ülkər Rüstəm isə yeni seminar rəhbəri seçilib.

Sonda gənclərin elmi və elmi-təşkilati fəaliyyətinin daha səmərəli təşkili yolları müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.